İrandan SƏRT XƏBƏRDARLIQ
İran Körfəz dövlətlərini sərt şəkildə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Al Monitor" məlumat yayıb.
Bildirilib ki, əgər Körfəz ölkələri ABŞ və İsrail ilə birlikdə İrana qarşı hərbi zərbələrdə iştirak edərsə, onların enerji infrastrukturu tamamilə hədəfə alınacaq və məhv edilə bilər.
Məlumatda qeyd olunur ki, Tehran bunu mümkün eskalasiyanın qarşısını almaq məqsədilə öncədən verilmiş xəbərdarlıq kimi təqdim edir.
Regionda artan gərginlik fonunda enerji obyektlərinin təhlükəsizliyi əsas narahatlıq mövzularından birinə çevrilib.
12:10 02.03.2026
Oxunuş sayı: 641