SON DƏQİQƏ: Türkiyə - İran sərhədi bağlandı
Qərbi Azərbaycan əyalətində İran və Türkiyə arasındakı sərhəd-keçid məntəqələrinin müvəqqəti olaraq bağlandığı bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat da açıqlama verib.
Nazirin sözlərinə görə, sərnişin daşınması eyni zamanda İran-Türkiyə sərhədindəki bütün üç sərhəd-keçid məntəqəsində dayandırılıb.
O, qərarın bölgədə yaşanan gərginlik və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda qəbul edildiyini açıqlayıb.
11:44 02.03.2026
Oxunuş sayı: 583