KİV: Hizbullah da müharibəyə daxil olub
Hizbullah müharibəyə daxil oldu və İsrailə zərbələr endirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici keşfiyyat qrupları məlumat verib.
Qruplaşma bəyan edib ki, keçmiş ali dini lideri Ayətullah Əli Xameneyinin öldürülməsinə qisas olaraq İsrailin Hayfa şəhərindən cənubda yerləşən hərbi bazasına raketlər və PUA buraxıb. İsrail Müdafiə Ordusu raketlərin Cənubi Livandan atıldığını təsdiqləyib. Bir neçə dəqiqə ərzində İsrail Livana cavab hava zərbələri endirməyə başlayıb. Bildirilir ki, hədəflər aşağıdakılar olub: Beyrutun cənub kənarları Dahiyə—Hizbullahın qalası, Livanın cənubundakı obyektlər, infrastruktur və Hizbullahın yüksək rütbəli şəxsləri.
Validə Musayeva
11:31 02.03.2026
Oxunuş sayı: 548