KİV: Raketdən müdafiə ehtiyatları bir neçə günə tükənə bilər
İran hazırkı intensivlikdə cavab zərbələrini davam etdirsə, ABŞ, İsrail və Körfəz ölkələrinin raket-əleyhinə müdafiə arsenalı bir neçə gün ərzində ciddi şəkildə azala bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Mənbənin sözlərinə görə, əsas məhdudiyyət interceptor ehtiyatlarının həcmi ilə bağlıdır.
İranın PUA-ları və qanadlı raketləri də daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı müdafiə üçün hər hədəfə adətən iki və ya üç interceptor buraxılır. Bu isə sursat sərfiyyatını sürətləndirir.
Nəşrin vurğuladığı əsas məqam budur ki, münaqişənin gedişi təkcə hərbi qabiliyyətdən deyil, davamlı ehtiyat və sənaye gücündən asılı olacaq. Uzanan qarşıdurma “sursat müharibəsi”nə çevrilə bilər.
09:50 02.03.2026
Oxunuş sayı: 660