Ayətullah Əlirza Ərafinin “X” hesabı bloklanıb
İranın Müvəqqəti Ali Rəhbərlik Şurasının üzvü Ayətullah Əlirza Ərafinin “X” sosial şəbəkəsindəki hesabı platforma qaydalarını pozduğu üçün bağlanıb.
Crossmedia.az xəbər verir ki, hesab zorakı çıxışlar və təhdid xarakterli paylaşımlarla bağlı siyasətləri pozduğuna görə bloklanıb. Bildirilir ki, hesab deaktiv edilməzdən əvvəl Əərafi İranın ali dini lideri Ali Khameneinin öldürülməsi ilə bağlı “qisas alınacağına” dair paylaşım edib.
09:17 02.03.2026
Oxunuş sayı: 442