Rusiya və Çin: Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır
Rusiya Xarici İşlər Nazirliyi telefon danışığından sonra bəyan edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Wang Yi Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazirliyin məlumatına görə, tərəflər İran dosyesi ətrafında yaranmış böhranın yalnız siyasi və diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar. Onlar həmçinin Körfəz ölkələrinin qanuni təhlükəsizlik maraqlarının təmin edilməsinin də nəzərə alınmalı olduğunu bildiriblər.
Bəyanatda qeyd olunub ki, Moskva və Pekin Rusiya və Çinin təşəbbüsü ilə keçirilmiş BMT Təhlükəsizlik Şurasının təcili iclasında konsolidə olunmuş mövqe nümayiş etdiriblər.
Nazirlər vəziyyətin sabitləşdirilməsi üçün səyləri davam etdirməyə və MAQATE, Şanxay Əməkdaşlıq Təşkilatı və “BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu” çərçivəsində fəaliyyətlərini əlaqələndirməyə hazır olduqlarını bildiriblər.
20:54 01.03.2026
Oxunuş sayı: 567