ABŞ və İsrail Tehranda xəstəxanaları HƏDƏF ALDI
İranın paytaxtı Tehranda yerləşən Qırmızı Aypara Cəmiyyətinin binası, eləcə də iki xəstəxana ABŞ və İsrailin hava qüvvələri tərəfindən vurulub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.
Məlumata əsasən, zərbələr nəticəsində sözügedən obyektlərə ciddi ziyan dəyib.
Rəsmi qurumlar tərəfindən hələlik ölən və yaralananlarla bağlı dəqiq məlumat açıqlanmayıb.
19:44 01.03.2026
Oxunuş sayı: 371