Pezeşkian xalqa MÜRACİƏT ETDİ
İran Prezidenti Məsud Pezeşkian videomüraciətlə xalqa səslənib.
Crossmedia.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
O, çıxışının əvvəlində Ali dini liderin vəfatı ilə bağlı başsağlığı verib və Müvəqqəti Liderlik Şurasının artıq fəaliyyətə başladığını bildirib.
Prezident qeyd edib ki, məscidlərə və küçələrə çıxan xalq düşmənlərin “məkrli planlarını” puça çıxaracaq.
Pezeşkian həmçinin İran silahlı qüvvələrinin düşmən bazalarına güclü zərbələr endirdiyini və bu əməliyyatların davam etdiriləcəyini vurğulayıb.
“Həmişə olduğu kimi, düşmənlərimizi məyus edəcəyik”, – deyə o əlavə edib.
Dövlət başçısı bildirib ki, silahlı qüvvələrin fəaliyyəti ölkənin müdafiəsinə və mövcud təhdidlərin aradan qaldırılmasına yönəlib. O, İranın xarici təzyiqlərə qarşı cavab vermək əzmində olduğunu da xüsusi qeyd edib.
17:55 01.03.2026
Oxunuş sayı: 650