Xətibzadə: ABŞ bazaları bağlanmasa, zərbə qaçılmazdır
Tehran Körfəzin ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarının bağlanmasını tələb edir və əks halda bu obyektlər legitim hədəfə çevrilə bilər.
Crossmedia.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə CNN telekanalına müsahibəsində qeyd etdiyinə görə, İran region ölkələri ilə əlaqə saxlayaraq ABŞ bazalarının bağlanmasını istəyib. “Biz onlara dedik: ya İranı daim təhdid edən Amerika bazalarını bağlayın, ya da müqavimət göstərməkdən başqa çarəmiz qalmayacaq”, - deyə o vurğulayıb.
O əlavə edib ki, İran ABŞ ərazisinə birbaşa çata bilmədiyi üçün Amerika yurisdiksiyası altındakı bazalara zərbə endirməkdən başqa seçim görmür. Xətibzadə həmçinin bildirib ki, bölgədə və dünyada çoxsaylı şiə tərəfdarları Xameneinin ölümü ilə bağlı reaksiya verəcək. Onun sözlərinə görə, ABŞ Prezidenti Tramp çox təhlükəli qırmızı xətti keçib.
17:05 01.03.2026
Oxunuş sayı: 543