BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumunun qarşısı alınıb
BƏƏ Müdafiə Nazirliyi İran tərəfindən ölkəyə doğru atılan raket və pilotsuz uçuş aparatlarının böyük ölçüdə zərərsizləşdirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin məlumatına görə, atılan 137 raketdən 132-si hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, beşi isə dənizə düşüb. 209 pilotsuz uçuş aparatından 195-i havada vurulub, qalanlarının isə ölkə ərazisinə düşərək maddi ziyana səbəb olduğu bildirilib.
Açıqlamada hücum qətiyyətlə pislənib və bunun ölkənin təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cəhd olduğu vurğulanıb. Nazirlik bəyan edib ki, milli təhlükəsizliyi qorumaq üçün bütün zəruri tədbirlər görülüb və istənilən təhdidə adekvat cavab verməyə hazırdır.
16:28 01.03.2026
Oxunuş sayı: 491