Xamenei ölümündən öncə vəsiyyətini təqdim edib
İran Ali dini rəhbəri Seyid Əli Xamenei ölümündən öncə siyasi məsələlər üzrə müşaviri Əli Şamxani və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüş keçirib.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir.
Məlumata əsasən, Xamenei həmin görüş zamanı vəsiyyətini və mümkün varislərin adlarını Laricaniyə təqdim edib.
Bildirilir ki, Şamxani və Laricani ona təhlükəsizlik səbəbilə iqamətgahı tərk etməyi məsləhət görsələr də, ali lider bundan imtina edib.
12:08 01.03.2026
Oxunuş sayı: 616