Suriya XİN: İranın Körfəz ölkələrinə hücumlarını qınayırıq
Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi 28 fevral 2026-cı il tarixli bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, Bəyanatda İranın Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər, Küveyt və İordaniyanın suverenliyi və təhlükəsizliyini hədəf alan hərəkətləri kəskin şəkildə pislənib.
Rəsmi Dəməşq bu ölkələrlə tam həmrəylik ifadə edərək, region dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyini vurğulayıb.
Suriya həmçinin gərginliyin azaldılması, dialoq və diplomatik həll yollarının dəstəklənməsi çağırışı edib.
10:10 01.03.2026
Oxunuş sayı: 555