Nyu-York meri: ABŞ və İsrailin İrana zərbələri qanunsuz eskalasiyadır
ABŞ və İsrailin İrana endirdiyi hərbi zərbələr qanunsuz təcavüzkar müharibənin fəlakətli eskalasiyasıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Nyu-York meri Zöhran Mamdani bəyan edib
Onun sözlərinə görə, söhbət şəhərlərin bombardman edilməsindən, mülki əhalinin həlak olmasından və faktiki olaraq yeni hərbi əməliyyatlar teatrının açılmasından gedir.
Mamdani vurğulayıb ki, amerikalılar bunu istəmir - onlara rejim dəyişikliyi naminə daha bir müharibə lazım deyil.
Əksinə, ABŞ vətəndaşları daxili problemlərin, xüsusilə də mənzil əlçatanlığı böhranının həllini gözləyir və sülhə can atırlar.
23:35 28.02.2026
Oxunuş sayı: 506