İsrail Ermənistanı ittiham etdi
"Oriental Express" Ermənistanın bəzi Telegram kanallarını İranın xeyrinə saxta məlumatlar yaymaqda ittiham edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İranla bağlı yeni ABŞ–İsrail qarşıdurması fonunda informasiya müharibəsi də güclənib.
İran tərəfi İsraildə guya müxtəlif strateji hədəflərin məhv edildiyini iddia edən görüntülər və xəbərlər yayır.
Nümunə olaraq, sosial şəbəkələrdə hansısa şəhərdə baş verən partlayış videosu paylaşılıb və bunun İranın İsrail hərbi kəşfiyyat bazasına endirdiyi zərbə olduğu bildirilib.
Lakin yoxlamalar göstərib ki, sözügedən görüntülər 2025-ci ilin yayına aiddir və Dəməşq ərazisində İsrailin həyata keçirdiyi əməliyyatı əks etdirir.
Bildirilib ki, bəzi Telegram kanalları, o cümlədən Ermənistanda fəaliyyət göstərən səhifələr bu materialları təsdiqləmədən paylaşaraq dezinformasiyanın yayılmasına şərait yaradır.
Hazırda regionda hərbi qarşıdurma ilə paralel olaraq informasiya müharibəsinin də intensivləşdiyi qeyd olunur.
23:25 28.02.2026
Oxunuş sayı: 879