Tramp: İranla danışıqlar çıxılmaz vəziyyətə düşüb
ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyat və danışıqlar barədə açıqlama verib:
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tramp bildirib ki, ABŞ əməliyyatda müxtəlif hərəkət variantlarını nəzərdən keçirir və İranın zərbələrdən sonra bərpa prosesi bir neçə il çəkə bilər.
O, həmçinin qeyd edib ki, ABŞ və İran arasındakı danışıqlar çıxılmaz vəziyyətə düşüb.
Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə ortaq mövqelərini qoruduqlarını vurğulayıb və regiondakı təhlükəsizlik məsələlərində birgə koordinasiyanın vacib olduğunu deyib.
22:29 28.02.2026
Oxunuş sayı: 611