Qətərdə ABŞ-nin milyardlıq radarı məhv edildi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Qətər ərazisində yerləşən ABŞ hərbi bazasına dron hücumu həyata keçirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində ABŞ-a məxsus AN/FPS-132 (FP-132) tipli erkən xəbərdarlıq radarı məhv edilib.
Sözügedən sistemin təxminən 1 milyard dollar dəyərində olduğu qeyd olunur.
Qətər Müdafiə Nazirliyi hadisəni təsdiqləyib. Hadisənin detalları və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib. Regionda vəziyyət gərgin olaraq qalır.
22:20 28.02.2026
Oxunuş sayı: 501