Reuters: Xamenei öldürülsəydi, onu daha radikal şəxs əvəz edə bilərdi
Hücumlardan əvvəl ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən aparılan qiymətləndirmədə qeyd olunub ki, əgər İranın Ali dini rəhbəri Seyid Əli Xamenei zərərsizləşdirilsəydi, onu İran İslam İnqilabı Keşikçiləri Korpusu daxilindən daha radikal mövqeyə malik bir şəxs əvəz edə bilərdi.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir.
Məlumata əsasən, bu ssenari İranın siyasi kursunun daha sərt xəttə keçməsi və regionda gərginliyin artması riskini daşıyırdı.
Qeyd edilir ki, bu qiymətləndirmə ehtimal olunan variantların təhlili xarakteri daşıyıb və konkret qərar anlamına gəlmir.
21:22 28.02.2026
Oxunuş sayı: 504