İsraildə məktəblər bağlandı
İsrail İranın raket hücumlarına cavab olaraq ölkə üzrə fövqəladə vəziyyət elan edib.
Crossmedia.az xəbər verir ki, müdafiə naziri İsrail Kats kütləvi toplaşmaları qadağan edib, məktəblər və bir çox iş yerləri bağlanıb.
İranın ABŞ və İsrailin birgə hücumlarına cavab olaraq raket və PUA-larla zərbələr endirdiyi bildirilir. İsrail ordusu on minlərlə ehtiyat hərbçini xidmətə çağırıb, əhaliyə sığınacaqlara enmək tövsiyə olunub.
Xəstəxanalarda pasiyentlər yeraltı bölmələrə köçürülür.
İlkin məlumatlara görə, raket hücumları nəticəsində ciddi dağıntı və itkilər qeydə alınmayıb. İsrail hava məkanını mülki uçuşlar üçün bağlasa da, Misir və İordaniya ilə quru sərhədlər açıq qalır.
20:17 28.02.2026
Oxunuş sayı: 572