Rusiyalı şərhçi: Tehran güzəştə getməyəcək
İran Xarici İşlər Nazirliyi ölkənin uranı zənginləşdirmək hüququndan imtina etməyəcəyini bir daha bəyan edib.
Crossmedia.az xəbər verir ki, bunu rusiyalı şərhçi bildirib.
Onun sözlərinə görə, Tehran nə raket proqramından, nə də regiondakı müttəfiq qüvvələrə dəstəkdən geri çəkiləcək. Analitik hesab edir ki, İran üçün bu məsələlər strateji əhəmiyyət daşıyır.
Şərhçinin fikrincə, Tehran kapitulyasiya ilə müharibə arasında seçim qarşısında qaldıqda, mübarizə yolunu seçir.
20:07 28.02.2026
Oxunuş sayı: 501