Netanyahu və Tramp arasında telefon danışığı olub
ABŞ prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Danışıqlar İsrailin İrana endirdiyi zərbələr və regionda artan gərginlik fonunda reallaşıb.
Məlumata görə, tərəflər Yaxın Şərqdəki mövcud vəziyyəti və İranın hərbi fəallığına qarşı atılan addımları müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik məsələlərinə toxunublar. İranın hərbi obyektlərinə endirilən zərbələrdən sonrakı vəziyyət qiymətləndirilib. Strateji müttəfiqlik münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
19:44 28.02.2026
Oxunuş sayı: 518