ABŞ vətəndaşlarına Livanı tərk etməyi tövsiyə etdi
ABŞ-nin Beyrutdakı səfirliyi Livanda olan vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.
Crossmedia.az "TRT Haber"-ə istinadən xəbər verir.
Kommersiya reysləri davam etdiyi müddətdə ABŞ vətəndaşları Livanı tərk etməlidirlər. Eyni zamanda ölkəyə səfər etməmək tövsiyə olunub.
Məlumat fonunda qeyd edilir ki, İsrail və ABŞ-ın İrana zərbələr endirməsindən sonra bölgədə gərginlik artıb.
İsrail və İran hava məkanını bağlayıb, qarşılıqlı hücumlar barədə açıqlamalar verilib.
18:53 28.02.2026
Oxunuş sayı: 492