Müharibəyə görə bu ölkədə də MƏKTƏBLƏR BAĞLANDI
Bəhreynin Təhsil Nazirliyi sabahdan etibarən növbəti xəbərdarlığa qədər distant təhsilə keçildiyini elan edir.
Crossmedia.az xəbər verir ki, Təhsil Nazirliyi şagirdlərin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti ehtiyat tədbiri olaraq dərslərin sabahdan etibarən və sonrakı xəbərdarlığa qədər distant təhsilə keçiriləcəyini açıqladı.
Qərar bütün məktəbəqədər təhsil müəssisələrinə, dövlət və özəl məktəblərə və ali təhsil müəssisələrinə şamil edilir.
Bütün müəssisələrdən təsdiq edilmiş rəqəmsal platformalar vasitəsilə təhsil prosesinin davamlılığını və şagirdlərin müntəzəm davamiyyətini təmin etmələri tələb olunur.
18:02 28.02.2026
Oxunuş sayı: 614