Rusiya və İran XİN başçıları hərbi əməliyyatları müzakirə etdilər
İranın xarici işlər naziri Abbas Əraqçı və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, söhbət zamanı Əraqçı Tehranın ABŞ və İsrailin təcavüzünü dəf etmək üçün atdığı addımları, eləcə də BMT Təhlükəsizlik Şurasının təcili olaraq çağırılması planlarını açıqlayıb.
Rusiya xarici işlər naziri Lavrov öz növbəsində ABŞ və İsrailin İrana qarşı hərəkətlərini pislədi və hücumların dərhal dayandırılmasının və vəziyyəti siyasi və diplomatik həll yoluna qaytarmağın vacibliyini vurğulayıb.
17:16 28.02.2026
Oxunuş sayı: 675