Gərginlik dərinləşir: ABŞ hücumları davam etdirir
ABŞ rəsmisi Vaşinqtonun İrana qarşı “genişmiqyaslı” hava və dəniz hücumlarını davam etdirəcəyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Rəsmi şəxsin sözlərinə görə, ABŞ və İsrail tərəfindən həyata keçirilən əməliyyatlar İranın təhlükəsizlik aparatını zəiflətmək məqsədi daşıyır. Bildirilir ki, hücumlar hazırda İran ərazisi daxilindəki hədəflərlə məhdudlaşır.
Mənbə həmçinin təsdiqləyib ki, əməliyyatlarda ABŞ Hərbi Hava Qüvvələri iştirak edir və hərbi fəaliyyət İsrail ordusu ilə koordinasiyalı şəkildə aparılır.
Hadisələrin bölgədə gərginliyi daha da artırdığı və vəziyyətin diqqətlə izlənildiyi qeyd olunur.
16:55 28.02.2026
Oxunuş sayı: 647