Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb
Rusiya vətəndaşlarına İranı tərk etmələri tövsiyə olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yayılan məlumatda təhlükəsizlik məqsədilə ölkədən çıxış üçün mümkün marşrutlar göstərilib.
Bildirilib ki, Azərbaycan istiqamətində Astara keçid məntəqəsindən istifadə etmək mümkündür. Lakin bu marşrut üzrə hərəkət üçün əvvəlcədən icazə alınması tələb olunur.
Ermənistan istiqamətində isə Norduz və Aqarak sərhəd-keçid məntəqələri çıxış üçün alternativ variant kimi göstərilir.
Vətəndaşlara səfər öncəsi rəsmi qurumlarla əlaqə saxlayaraq qaydaları dəqiqləşdirmək tövsiyə edilir.
16:23 28.02.2026
Oxunuş sayı: 674