İran BMT-ni dərhal vəzifəsini yerinə yetirməyə çağırdı
İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatını (BMT) və Təhlükəsizlik Şurasını ölkəyə qarşı ABŞ və İsrail tərəfindən törədilmiş aşkar hərbi təcavüz səbəbindən dərhal hərəkətə keçməyə çağırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyi bildirib ki, BMT Baş Katibi, Təhlükəsizlik Şurasının Sədri və üzvləri öz vəzifələrini ən qısa zamanda yerinə yetirməli, region və dünya sülhü ilə beynəlxalq təhlükəsizliyi qorumaq üçün təcili tədbirlər görməlidirlər.
Həmçinin, İran bütün BMT üzv dövlətlərindən, xüsusilə region ölkələrindən və İslam dövlətlərindən bu hərəkətləri kəskin şəkildə pisləməyi və kollektiv tədbirlər görməyi gözlədiyini vurğulayıb. Nazirlik qeyd edir ki, bu hadisə həm region, həm də qlobal səviyyədə sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır.
14:42 28.02.2026
Oxunuş sayı: 688