İranın hərbi bazası dağıldı
İranın Kamyaran şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK)-na məxsus hərbi baza ABŞ və İsrailin həyata keçirdiyi zərbələr nəticəsində dağıdılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bazada ciddi dağıntılar baş verib və bir sıra hərbi infrastruktur sıradan çıxıb. Eyni zamanda, İranın müxtəlif bölgələrində zərbələrin nəticələri əks etdirən yanmış nəqliyyat vasitələrinin görüntüləri yayılıb.
İran tərəfi hadisələrlə bağlı hələ rəsmi açıqlama verməyib, lakin bölgədəki hərbi və mülki obyektlərdə ciddi zərər dəyə biləcəyi bildirilir.
14:15 28.02.2026
Oxunuş sayı: 724