İran hərbi qüvvələrinin Bəhreyn ərazisində ABŞ Hərbi Dəniz Qüvvələrinin logistika obyektinə ballistik raket zərbəsi endirdiyi bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki,hücumun məqsədi rəsmi açıqlamalara görə, ABŞ-ın bölgədəki hərbi fəaliyyətinə qarşı cavab tədbiri kimi təqdim edilir.
Hadisə nəticəsində logistika obyektinə ciddi ziyan dəydiyi,amma ilkin məlumatlara görə, hərbi personal arasında itkilərin olub-olmadığı barədə hələ rəsmi açıqlama verilmədiyi qeyd olunur. Analitiklər bu əməliyyatı Yaxın Şərqdə gərginliyin artması kimi qiymətləndirir və bölgədəki ABŞ hərbi varlığının təhlükəsizliyi ilə bağlı yeni suallar yarandığını vurğulayırlar.
Raket zərbəsi həm də ABŞ və İran arasında bölgədə davam edən strateji qarşıdurmanın yeni mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir.