Rza Pəhləvidən şok çağırış: İran xalqı küçələrə çıxmağa hazırlaşır
İranın keçmiş şahı Rza Pəhləvi ABŞ Prezidenti tərəfindən İran xalqına vəd edilmiş yardımın artıq çatdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, bu yardım humanitar məqsədlidir və əsas hədəfi İslam Respublikasının repressiya aparatıdır.
Pəhləvi vurğulayıb ki, yardıma baxmayaraq, son qələbəni əldə edəcək tərəf İran xalqıdır və yaxın zamanda küçələrə çıxmaq vaxtı yaxınlaşır. O vətəndaşlardan diqqətli və hazırlıqlı olmalarını xahiş edib, son hərəkət üçün konkret vaxtı elan edəcəyini bildirib.
“Son qələbəyə çox yaxınıq. Mən istəyirəm ki, mümkün qədər tez yanınızda olum ki, birlikdə İranı geri alıb bərpa edə bilək,” – deyə Reza Pəhləvi qeyd edib.
12:30 28.02.2026
Oxunuş sayı: 735