Xameneinin ofisləri atəşə tutuldu
İsrailin Tehranda Ali dini rəhbər Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirdiyi iddia edilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Bildirilir ki, zərbə strateji əhəmiyyətli zonada baş verib və bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.
İranın adının çəkilməsini istəməyən rəsmisi isə Reuters agentliyinə bildirib ki, Xamenei paytaxt Tehranda deyil, təhlükəsiz bir yerə köçürülüb.
11:02 28.02.2026
Oxunuş sayı: 654