Pəhləvi İranda dəyişiklikdən sonra ilk 6 aylıq proqramını təqdim etdi
İranın devrilmiş şahının oğlu Rza Pəhləvi ölkədə mümkün siyasi dəyişiklikdən sonrakı ilk altı ayı əhatə edən yenilənmiş proqramını təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir .O, “Fövqəladə Mərhələ” kitabçasında İslam Respublikasının süqutundan sonrakı gün və keçid dövrünün ilk altı ayı ərzində ölkənin idarə olunması üçün nəzərdə tutulan ümumi struktur və proqramların əks olunduğunu bildirib.
Pəhləvinin sözlərinə görə, o və komandası bu planlara sadiqdir və “Aslan və Günəş İnqilabı”nın qələbəsindən sonra milli məsələlər üzrə məsuliyyəti öz üzərinə götürməyə hazırdır. O əlavə edib ki, plan hakimiyyətin ötürülməsi, keçid sisteminin qurulması, təhlükəsizliyin bərpası, ölkənin yenidən qurulması və demokratiyaya keçid prosesinə rəhbərliyi nəzərdə tutur.
10:40 28.02.2026
Oxunuş sayı: 510