ABŞ İraqa ultimatum verdi: Fevralın 27-dək...
ABŞ İraq siyasi qüvvələrinə "İranın təsirindən azad" bir hökumət qurmaq üçün fevralın 27-dək vaxt verib.
Əks təqdirdə, Vaşinqton ölkədəki müəyyən qurumlara və vəzifəli şəxslərə qarşı sanksiyalarla hədələyib.
Crossmedia.az bu barədə "Əl-Ərəbiyyə"-yə istinadən xəbər verir.
Mənbələrə görə, bu məsələ İraq rəsmiləri ilə ABŞ prezidentinin elçisi Barak arasında son görüşdə əsas müzakirə mövzusuna çevrilib.
Barak Tehrana yaxın bir hökumət qurulacağı təqdirdə sərt sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.
Bu açıqlama, ABŞ-nin müxalif olduğu İraq Baş nazirinə namizəd Əl-Malikinin namizədliyini geri götürməkdən imtina etməsindən sonra verilib.
20:03 24.02.2026
Oxunuş sayı: 639