Zelenski: Mənə taksi yox, silah lazımdır
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Kiyevin Bankova küçəsindəki Prezident Aparatının binasının altındakı bunkeri və ofisini nümayiş etdirib.
Crossmedia.az xəbər verir ki, Zelenski öz "Telegram" kanalında yayımladığı videoda divarları vətənpərvərlik plakatları ilə bəzədilmiş sığınacağın dəhlizlərini və otaqlarını göstərib.
Prezident bildirib ki, müharibənin ilk günlərində məhz bunkerdəki kiçik otaqda dünya liderləri ilə, o cümlədən ABŞ-nin keçmiş prezidenti Co Bayden ilə danışıqlar aparılıb. Daha sonra təhlükəsizlik təhdidlərinə görə ondan Ukraynanı tərk etməsi tələb olunsa da, Zelenski cavab verib: “Mənə taksi yox, silah lazımdır”.
16:15 24.02.2026
Oxunuş sayı: 590