Prezidentə və ailəsinə sui-qəsd hazırlamaqda şübhəli bilinənlər SAXLANILIB
Serbiyada prezident Aleksandr Vuçiç və onun ailəsinə sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, şübhəlilər Kralyevo şəhərində Daxili İşlər Nazirliyi və Təhlükəsizlik və İnformasiya Agentliyi əməkdaşları tərəfindən tutulub. Hər ikisi yerli sakinlərdir.
Araşdırmalara əsasən, şübhəlilər 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər Serbiya prezidentinə və ailəsinə sui-qəsd etməyi planlaşdıraraq konstitusiya quruluşunu devirmək və hakimiyyəti dəyişmək niyyətində olublar.
Həbs olunan şəxslər 48 saat ərzində saxlanılacaq və sonrasında Ali Prokurorluq tərəfindən istintaqa cəlb olunacaqlar.
15:28 24.02.2026
Oxunuş sayı: 691