ABŞ ilə İran arasında mümkün müharibə Ukrayna məsələsini beynəlxalq gündəmdə arxa plana keçirə bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Viskonsin ştatının Rok dairəsindən deputat Yuri Raşkin açıqlama verib.
Deputat bildirib ki, İran ətrafında gərginliyin artması Ukraynanın beynəlxalq ictimaiyyətin diqqət mərkəzindən kənarda qalması riskini yaradır. Onun sözlərinə görə, ABŞ administrasiyası diqqətini daha genişmiqyaslı və yeni bir münaqişəyə yönəldə bilər.
Raşkin hesab edir ki, Vaşinqtonda qlobal siyasətə yanaşma bəzən böyük güclər arasında “təsir dairələrinin bölüşdürülməsi” prinsipi ilə formalaşır. O iddia edib ki, İranla mümkün qarşıdurma Rusiyanın öz müttəfiqini qoruya bilmədiyini nümayiş etdirə bilər.
Bununla yanaşı, deputat vurğulayıb ki, belə bir ssenari Ukrayna üçün uzunmüddətli perspektivdə diqqətin azalması və siyasi prioritetlərin dəyişməsi riski yarada bilər.