ABŞ İrana xəbərdarlıq etdi: Razılaşın, yoxsa nəticələrinə qatlaşın
ABŞ Prezidenti Donald Trump İrana qarşı mümkün hərbi əməliyyatla bağlı yekun qərarı şəxsi səviyyədə verəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Trampın hərbi əmri verib-verməyəcəyi iki xüsusi nümayəndə – Cared Kuşner və Stiv Uitkof – tərəfindən aparılan dəyərləndirmədən asılı olacaq. Mənbələr bildirir ki, Tehran danışıqlarda vaxt uzadacaqsa və ya razılığa hazır olmayacaqsa, bu qərara təsir göstərəcək.
Hazırda Tramp yekun qərar verməyib və cümə axşamı Cenevrədə keçiriləcək həlledici mərhələdən əvvəl Tehranın son təklifini gözləyir.Nəşr əlavə edib ki, razılıq əldə olunmazsa, ABŞ ilkin mərhələdə təzyiqi artırmaq üçün məhdud hərbi zərbələri nəzərdən keçirə bilər.
13:27 24.02.2026
Oxunuş sayı: 583