HƏMAS Yəhya Sinvarın yerinə yeni lider seçir
HƏMAS hərəkatı mərhum lideri Yəhya Sinvarın yerinə yeni rəhbərin seçilməsi üçün səsvermə prosesinə başlayıb.
Crossmedia.az bu bərədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, səsvermə Qəzza zolağı, İordan çayının Qərb sahili və digər bölgələrdəki təşkilat üzvləri arasında keçirilir. Qəzzada üzvlərin artıq gizli səs verdiyi bildirilsə də, prosesin digər ərazilərdə tam başa çatıb-çatmadığı hələlik məlum deyil.
Qeyd olunur ki, nəticələr elan edildikdən sonra seçilən yeni lider vəzifəsini bir il müddətinə icra edəcək.
Xatırladaq ki, HƏMAS lideri Yəhya Sinvar 2024-cü ilin oktyabr ayında Qəzzada İsrail qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı öldürülüb.
10:56 24.02.2026
Oxunuş sayı: 471