Erməni jurnalist: Aİ Rusiya üzərində təzyiqi artırmaq istəyir
Avropa İttifaqı (Aİ) artıq diplomatik kompromislərdən danışmır, əksinə, Rusiya üzərində təzyiqi artırmaq üçün tələblər, sanksiyalar və hərbi paketlərdən istifadə edir.
Crossmedia.az "SputnikArmenia"-ya istinadən xəbər verir ki, bu barədə köşə yazarı Arman Abovyan yazır.
Onun sözlərinə görə, demək olar ki, bütün yüksək vəzifəli Aİ rəsmiləri Rusiya təhdidini aqressiv şəkildə vurğulayır və böyük müharibəyə hazır olduqlarını nümayiş etdirir.
Siyasətçinin fikrincə, Ukraynadakı xüsusi əməliyyat Avropa elitasının əhəmiyyətli hissəsi üçün yalnız geosiyasi alət deyil, həm də onların daxili siyasi mexanizminə çevrilib.
Bu proses təşkilat daxilində qərar qəbuletməni təkcə təhlükəsizlik məsələləri ilə deyil, həm də siyasi rəqabət və gündəliyi gücləndirmək üçün istifadə olunur.
Nəticədə, Brüssel Rusiya ilə danışıqlardan çox, ultimatum və məhdudlaşdırma strategiyalarını ön plana çıxarıb.
23:15 23.02.2026
Oxunuş sayı: 549