Zelenski: Rusiya yalnız Donbasla kifayətlənməyəcək
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ərazi tələbləri ilə bağlı mövqeyini sərt ifadələrlə tənqid edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, danışıqlarda müəyyən irəliləyiş barədə xəbərlər yayılsa da, Moskva əsas tələb – ərazi məsələsində geri addım atmaq niyyətində deyil.
“Rusiya Donbası istəyir, nöqtə. Onların bu məsələdə öz mövqeləri var. Amma onlara bir az yumruq versəniz, bütün əlinizi dişləyəcəklər – bu, Rusiyanın yanaşmasıdır”, – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri əlavə edib ki, Kreml özünü yalnız Donbasla məhdudlaşdırmayacaq və ölkəsinin əsas prioriteti ərazi bütövlüyünü qorumaqdır.
22:37 23.02.2026
Oxunuş sayı: 497