Tələbələr yenidən ayağa qalxdı: İran bayrağı alovlar içində yandı
İranın bir sıra universitetlərində tələbələr ardıcıl üçüncü gündür ki, etiraz aksiyaları keçirirlər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Tehran, Əmirkəbir və Əl-Zəhra universitetlərində tələbələr dövlət bayrağını yandırıb, bəziləri isə onu əlləri ilə parçalayaraq etirazlarını göstəriblər.
Etirazlar zamanı yarıhərbi radikal “Bəsic” qüvvələri aksiyalara müdaxilə etməyə çalışsa da, tələbələr onları “şərəfsiz” adlandıraraq etirazlarını davam etdiriblər.
Gərginlik sosial mediada da geniş əks-səda tapıb, öyrəncilərin aksiyaları ölkədə və beynəlxalq aləmdə diqqət mərkəzinə çevrilib.
20:20 23.02.2026
Oxunuş sayı: 586