Zelenski: Britaniya və Fransa qoşun yerləşdirməyə hazırdır
Britaniya və Fransa Ukraynaya 5000 nəfərə qədər əsgərdən ibarət briqada göndərməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, yerləşdirmə formatı müzakirə olunur. Lakin bu bölmələrin dəqiq yeri hələ müəyyən edilməyib.
Prezident əlavə edib ki, digər ölkələr də kontingent töhfə vermək istədiklərini bildiriblər, lakin tərəfdaşları cəbhə xəttində olmağa hazır deyillər.
O, həmçinin Ukrayna-Belarus sərhədində müttəfiq qüvvələrinin mövcudluğu ehtimalını təklif etdiyini, ancaq hələlik heç bir cavab olmadığını bildirib.
Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, o, Britaniya qoşunlarını Ukraynaya ilk yerləşdirməyi hədəfləyir.
Lakin bu, yalnız sülh müqaviləsi bağlandıqdan sonra baş verəcək.
Səriyyə Tağıyeva
19:43 23.02.2026
Oxunuş sayı: 604