Klaar: Hər şey sülh prosesinin inkişafından asılı olacaq
Ermənistandakı Avropa İttifaqı (Aİ) monitorinq missiyasının gələcəyi birbaşa sülh prosesinin inkişafından asılı olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
Onun sözlərinə görə, İrəvan və Brüssel arasında bu məsələ ilə bağlı müvafiq müzakirələr uyğun vaxtda keçiriləcək.
Klaar vurğulayıb ki, regionda sabitliyin möhkəmləndirilməsi üçün sülh danışıqlarının irəliləməsi əsas şərtdir və missiyanın fəaliyyəti də bu kontekstdə qiymətləndiriləcək.
19:15 23.02.2026
Oxunuş sayı: 593