Zalujnı: Rusiya-Ukrayna müharibəsini heç bir ölkə dayandıra bilməz
Heç bir ölkənin bu müharibəni dayandırmaq üçün kifayət qədər hərbi gücü yoxdur.
Crossmedia.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadı səfiri, keçmiş baş komandan Valeri Zalujni deyib
“Bugünkü müharibə bizimlə Rusiya işğalçıları arasında olduğu kimi qalır. Biz dəqiq bilirik ki, indi heç bir ölkənin bu müharibəyə təsir göstərə biləcək kifayət qədər hərbi qüvvəsi yoxdur.”-, deyə o, bildirib.
Zalujni əlavə edib ki, dünya artıq yeni reallıqda yaşayır və köhnə məhdudlaşdırma və qüvvələr balansı prinsipləri artıq işlək deyil.
Turqut Ansari
17:40 23.02.2026
Oxunuş sayı: 586