Yeni qara siyahı elan edildi - Avropa İttifaqı Rusiya sanksiyalarını uzatdı
Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini 24 fevral 2027-ci il tarixinədək uzadıb.
“Məhdudlaşdırıcı tədbirlər barədə qərar 24 fevral 2027-ci il tarixinədək uzadılmalıdır”, – deyə Avropa İttifaqı Şurasının Official Journal of the European Union-də yayımlanan bəyanatında bildirilib. Crossmedia.az bu barədə məlumat verir.
Avropa İttifaqı qərarda əvvəl tətbiq edilmiş tədbirlərin qüvvədə saxlanmasının məqsədəuyğun olduğunu vurğulayıb. Qərar, Avropa İttifaqı jurnalında dərc olunduğu gündən növbəti gün, yəni 24 fevral 2026-cı ildən etibarən qüvvəyə minəcək.
Bundan əlavə, 20-ci sanksiya paketindən kənar olaraq Avropa İttifaqı Rusiya hüquq-mühafizə orqanları və məhkəmə-həbsxana sisteminin səkkiz əməkdaşına da sanksiyalar tətbiq edib.
Qara siyahıya iki hakim, bir prokuror, bir müstəntiqlə birlikdə dörd koloniyanın və istintaq təcridxanasının rəhbəri daxil edilib. Bu sanksiyalar insan hüquqlarının pozulması səbəbilə tətbiq olunub və hələ razılaşdırılmamış 20-ci paketlə əlaqəli deyil. Sanksiyalar şəxslərin Avropa İttifaqına girişinə qadağa və Avropada maliyyə vəsaitlərinin bloklanmasını nəzərdə tutur.
Turqut Ansari
17:53 23.02.2026
Oxunuş sayı: 600