İran-Avropa Birliyi münasibətlərində gərginlik artıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Avropa Birliyinə üzv ölkələrin Nazirlər Şurasının SEPAH-ı terror təşkilatı siyahısına daxil etməsi ilə bağlı qətnaməsinə sərt reaksiya verib. O bildirib ki, sənəd beynəlxalq hüququn prinsiplərinə ziddir və Tehran tərəfindən qəbul edilmir.
Bəqayinin sözlərinə görə, Xarici İşlər Nazirliyinin bu mövqeyi Ali Milli Təhlükəsizlik Şurası ilə razılaşdırılıb və rəsmi mövqeyi əks etdirir. Sözçü xüsusilə İran Silahlı Qüvvələrinin bir hissəsinin terrorçu kimi tanınmasını siyasi motivli və qəbuledilməz addım kimi qiymətləndirib.
O həmçinin Avropa Birliyinə üzv 27 ölkənin bölgədə hərbi qüvvələrinin mövcudluğuna diqqət çəkib və bu məsələnin İranda fərqli dəyərləndiriləcəyini, lazımi addımların atıla biləcəyini vurğulayıb.