Üçüncü dünya müharibəsi başlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Vladimir Putin artıq Üçüncü dünya müharibəsini başladıb və Rusiyanı dayandırmağın yeganə yolu hərbi və iqtisadi təzyiqlərin gücləndirilməsidir.
Crossmedia.az bu barədə BBC-yə istinadən məlumat verir ki.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının Donbasdan çıxarılması və Moskvaya fasilə verilməsi Rusiyaya qüvvələrini bərpa etmək və bir neçə ildən sonra müharibəni yenidən başlamaq imkanı yaradacaq. Zelenski Donetsk, Xerson və Zaporojye vilayətlərinin bəzi hissələrini tərk etmək tələblərini ərazi güzəşti deyil, insanların taleyini tərk etmək kimi qiymətləndirib.
Prezident vurğulayıb ki, 1991-ci il sərhədlərinə qayıdış Ukraynanın hədəfi olaraq qalır. Lakin hazırda silah çatışmazlığı və ciddi itkilər riski səbəbindən bunun mümkün olmadığını qeyd edib. O, hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac olduğunu bildirib və Kiyevin Patriot kompleksləri üçün raket istehsalına lisenziya almağa çalışdığını açıqlayıb.
Zelenski həmçinin təhlükəsizlik zəmanətlərinin yalnız ABŞ prezidentinin deyil, Birləşmiş Ştatlar Konqresi tərəfindən də təsdiqlənməli olduğunu deyib və mümkün gələcək seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar vermədiyini əlavə edib.
Turqut Ansari
16:03 23.02.2026
Oxunuş sayı: 858