Gürcüstanın baş nazirindən maraqlı açıqlama: 0+0=0
Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifətin birləşmə perspektivlərini şərh edərkən bildirib ki, “sıfır üstəgəl sıfır yenə də sıfır edir”.
Crossmedia.az Gürcüstan mediasına istinadən xəbər verir ki, baş nazir müxalifət necə birləşməsindən asılı olmayaraq, yenə də bu gün olduğu vəziyyətdə qalacağını deyib. Onun sözlərinə görə, müxalifət öz addımları ilə hazırkı vəziyyətə düşüb və xarici dairələrin təsiri ilə bir çox yanlış qərarlar verib.
Kobaxidze vurğulayıb ki, bu səbəbdən müxalifətin ölkə daxilində imici və nüfuzu sıfır səviyyəsindədir. O əlavə edib ki, sağlam demokratik sistemdə radikal qüvvələrə yer olmamalıdır.
Turqut Ansari
15:50 23.02.2026
Oxunuş sayı: 645