İran sərhədlərində humanitar bufer zona yaradılması təklifi irəli sürülüb.
Crossmedia.az xəbər verir ki, "The Front Page"in yazısına görə, İranda humanitar böhran dərinləşir, etirazlar zamanı minlərlə insan qətlə yetirilib, həbs olunub və işgəncələrə məruz qalıb. Bu vəziyyət region ölkələrinə, xüsusilə Azərbaycan və Türkiyə sərhədlərinə böyük qaçqın axını riski yaradır.
Məqalədə ABŞ və Qərbin İran sərhədi boyunca humanitar bufer zona yaradaraq milyonlarla qaçqını təhlükəsiz şəkildə qəbul edə və idarə edə biləcəyi qeyd olunur. Təklif edilən zona Həmədan-dan Tehranın qərbinə və Türkiyə sərhədinə qədər uzanır.
Güney Azərbaycanlı dissident jurnalist Əhməd Obalı bildirib ki, bu zona qaçqınlara humanitar yardım təmin etməklə yanaşı, ABŞ-yə Tehrana qarşı strategiyasını yönəltmək imkanı yaradacaq. Məqsəd, Azərbaycan və Türkiyəyə qaçqın yükünü azaltmaq və rejim dəyişikliyi üçün təhlükəsiz məkan təmin etməkdir.