Ukrayna Prezidenti Volodimir Zelenski Avropanı ölkənin müqavilə ordusunun maliyyələşdirilməsinə dəvət edib.
Crossmedia.az-ın məlumatına görə, o, BBC-yə müsahibəsində bildirib ki, Kiyev səfərbərlik sistemindən imtina edib və Rusiyada olduğu kimi, əsgərlərlə müqavilə bağlamaq, onlara maaş ödəmək istəyir. Lakin hazırda bu proqram üçün kifayət qədər vəsait yoxdur.
Zelenskinin sözlərinə görə, Avropa bu prosesdə dəstək ola bilərdi, lakin indiyədək belə bir proqramın maliyyələşdirilməsi təmin edilməyib.