Roberta Metsoladan İran xalqına dəstək mesajı
Avropa Parlamentinin prezidenti Roberta Metsola İranla bağlı açıqlama verib.
Crosssmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Metsola X sosial media hesabında paylaşdığı mesajda bildirib ki, İran xalqı bütün ömrü boyu müxalifətə, plüralizmə və azadlığa dözməyən “sərt teokratiya”nın hakimiyyəti altında yaşayıb.
O, İslam Respublikasının 47 illik hakimiyyətinə toxunaraq qeyd edib: “47 il səssizcə qışqırmaq üçün çox uzundur”. Metsolanın sözlərinə görə, iranlıların heç bir yeni nəsli “qorxunu doğma hüququ kimi” miras almamalıdır.
Avropa Parlamentinin prezidenti paylaşımını “İran azad olmalıdır” ifadəsi ilə yekunlaşdırıb.
09:43 23.02.2026
Oxunuş sayı: 517